“Qarabağ”a qarşı oynamağın tək yolu yüksək təzyiq etməkdir” – “Legiya”nın baş məşqçisi
Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Mixneviç, Ağdam təmsilçisi ilə görüş haqda bunları deyib:
“Qarabağ”la oyunda mənə daha çox maraqlı olan dinamika və topsuz qaldığımızda daha çox hərəkət etməyimizdir. “Qarabağ”a qarşı oynamağın tək yolu yüksək təzyiq etməkdir. Rəqibin pasla oynamağına imkan verməməliyik. Əks halda, onlara yaxşı hücum imkanları verə bilərik. Xüsusilə, meydanın mərkəzini möhkəmləndirməliyik. Bunun yaxşı fikir olduğunu düşünürəm”.
Sabah keçiriləcək “Legiya” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin