Mahir Emrelinin klubu “Verder”in yetirməsi ilə gücləndi

Polşanın “Legiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisi 20 yaşlı Maik Navroçkini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Polşalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Navroçki Almaniyanın “Verder” klubunun yetirməsidir. O, son olaraq Polşanın “Varta” komandasında icarə əsasında çıxış edib.

“Legiya” bir müddət əvvəl Azərbaycan millisinin üzvü Mahir Emreli ilə rəsmi müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button