“Mən balaca Ronaldinyoyam”
Polşanın “Krakoviya” klubu ilə müqavilə imzalayan yarımmüdafiəçi Yevgeni Konoplyanka maraqlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı oyunçu, özünü keçmiş futbolçu Ronaldinyoya bənzədib:
“Krakoviya”nın prezidenti və məşqçisi ilə görüşdüm. Məni komandalarında görmək istədiklərini dedilər. Onlardan xoş münasibət gördüm. Futbol üçün acam və çalışmağa hazıram.
Nə üçün 80 nömrəli forma? Mən balaca Ronaldinyoyam. Ona görə bu nömrəni seçmişəm. Ronaldinyo bu nömrə ilə “Milan”da çıxış edib.
“Krakoviya”da azı 5 qol, 5 məhsuldar ötürmə etməliyəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin