Polşa çempionu Mahir Emreli ilə danışıqlar aparır

“Qarabağ”ın futbolçusu Mahir Emreli ilə Polşanın daha bir klubu maraqlanır.

Komanda.az xəbər verir ki, “Legiya” 23 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə “legia.net” saytı məlumat yayıb. Xəbərdə, Varşava təmsilçisinin Emreli ilə danışıqlar apardığı bildirilib.

Bundan əvvəl Polşanın “Zaqlembe”, “Rakuv” və “Visla” klubları da Mahirlə maraqlanırdı.

Mahir Emreli bu mövsüm “Qarabağ”la Azərbaycan Premyer Liqasında 17 qol vurub. Onun klubla müqaviləsi yaya qədərdir.

“Legiya” Polşa Ekstraklasasında sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button