Polşa mətbuatı azərbaycanlı futbolçunu təriflədi
Polşa mətbuatı ölkə çempionatının 24-cü turunun “Varta” ilə oyununda (1:0) LKS-nın (Lodz) azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun pərformansını yüksək qiymətləndirib.
Komanda.az “Lodzki Sport”-a istinadən xəbər verir ki, Polşa mətbuatı millimizin üzvünün ən yaxşı oyunlarını keçirdiyini yazıb:
“O, artıq LKS-da ən yaxşı oyunlarını keçirir. Məmmədov bu görüşdə bəzi səhvlərə yol verdi, lakin heç də əhəmiyyətli deyildi. “Varta” 30-dan çox ötürmə etdi və 9 künc zərbəsi qazandı. Buna görə də Rahilin gücü və boyu vacib idi. O, rəqibi ilə hava mübarizələrində bundan istifadə edirdi. Xüsusilə, onun təşəbbüskarlığını və fəallığını bəyəndik. O, tez-tez topu almaq və komandasının hücumuna başlamaq üçün müdafiə xəttini tərk edirdi”.
Rahil Məmmədov qışda LKS ilə1,5 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin