Məşhur qapıçı karyerasını başa vurdu

Son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış etmiş Voysex Şesnı karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə şəxsi “instaqram” hesabında bildirib.

Təcrübəli oyunçu həyat yoldaşına və iki övladına daha çox vaxt ayırmaq üçün bu addımı atdığını bildirib.

Şesnı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinib. Polşalı qapıçı İtaliyada “Roma”, İngiltərədə “Arsenal” kimi klubların da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button