“Barselona” Levandovski ilə erkən vidalaşa bilər
“Barselona” yeni baş məşqçi Hans-Diter Flikin ona güvənməsinə baxmayaraq, Robert Levandovski ilə yollarını erkən ayıra bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun müqaviləsində onu ləğv etməyə imkan verən bənd var. Bu, Levandovskinin qarşıdakı mövsümdə “Barselona”nın matçlarının 55 faizində oynamayacağı təqdirdə mümkün olacaq.
Polşalı forvardın “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir.
Levandovski ötən mövsüm La Liqada 35 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin