Venger “İnter” – “Barselona” matçının hakimindən narazı qalıb

UEFA Çempionlar Liqasının yarımfinalının “İnter”lə “Barselona” arasında cavab oyunundakı penalti epizodu “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin narazılığına səbəb olub.

Qarşılaşmanın sonlarında polşalı hakim Şimon Marçinyak Pau Kubarsinin Lautaro Martinesə qarşı müdaxiləsinə görə “İnter”in xeyrinə penalti təyin edib.

Komanda.az “beIN Soprts”-a istinadən xəbər verir ki, Venger bu cür penaltilərin verilməməli olduğunu və VAR-ın yavaş çəkimlərindən istifadənin düzgün nəticə vermədiyini hesab edir:

“Bu cür penaltilərin və yavaş çəkimin istifadəsinin əleyhinəyəm. Normal sürətdə bu ideal bir müdaxilə idi, Kubarsi topa ilk toxunan tərəf oldu. Lautaro nə edir? O, müdafiəçiyə sıxılır və penalti qazanmağa çalışır, çünki qol vurmaq şansının olmadığını anlayır. Hakim səhv qərar verdi. Kubarsi topa birinci çatır. Bu, mənim üçün əsas məsələdir. Əlaqənin olub-olmaması vacib deyil, önəmli olan kimin topa birinci çatmasıdır”.

Oyun 4:3 hesabı ilə “İnter”in qələbəsi ilə başa çatıb və bu nəticə Milan təmsilçisini finala çıxarıb (ilk oyun 3:3).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button