“İnter” “Yuventus”la yarışacaq – Polşalı futbolçu üçün
“Arsenal”ın müdafiəçisi Yakub Kivor bu yay “İnter”ə keçə bilər.
Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, Milan klubu “topçular”ın “Bolonya”dan Rikkardo Kalafiori ilə ən qısa zamanda müqavilə bağlayacağına ümid edir. Bu, “İnter”ə Kivorun transferi ilə bağlı danışıqları sürətləndirməyə imkan verəcək.
Polşalı futbolçunun xidmətində əvvəllər “Bolonya”da işləmiş Tiaqo Mottanın çalışdırdığı “Yuventus” da maraqlıdır. “İnter” 24 yaşlı müdafiəçi uğrunda yarışda Turin təmsilçisinə qalib gəlməyə ümid edir.
Kivor 2023-cü ilin yanvarından “Arsenal”da çıxış edir. Rəhbərlik bu transfer dönəmində onun satılmasının əleyhinə deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin