
Polşalı futbolçu “Barselona”nın çempionluğunu siqarla qeyd etdi – FOTO
“Barselona”nın qapıçısı Voyçex Şesnı La Liqa çempionluğunu qazandıqdan sonra siqar yandıraraq poz verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda yoldaşları paltardəyişmə otağında çempionluq qələbəsini qeyd edərkən polşalı qapıçı oturub siqar çəkib.
“Barselona” La Liqanın 36-cı turunda “Espanyol”a qalib gələrək (2:0), İspaniya çempionu olub. Hans-Diter Flikin komandası 85 xal toplayıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



