“Polşa Təşkilat Komitəsi ilə razılığa gələ bilmədik” – Fərid Qayıbov
“Bu il əsas qitə miqyaslı idman hadisəsi Avropa Oyunları idi. Təəssüf ki, gimnastika və bir sıra əsas növlər proqrama daxil edilmədi. Bütün cəhdlərimizə baxmayaraq, Polşa Təşkilat Komitəsi ilə razılığa gələ bilmədik”.
Komanda.az xəbər verir ki, bunu Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.
Azərbaycanın gənclər və idman naziri gimnastikanın əvvəlki yarışlarda olduğu kimi, növbəti Avropa Oyunlarında da promrama daxil ediləcəyinə inandığını bildirib.
Fərid Qayıbov 19-20 iyulda İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclasının keçiriləcəyini xatırladıb. O, toplantıda müəyyən qərarların qəbul ediləcəyini də diqqətə çatdırıb.
Azərbaycan idmançıları 3-cü Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər. Komanda ümumi hesabda 24-cü yeri tutub
Bizi Facebook-da izləyin