Polşa prezidenti: “Rusiyalı idmançılar da məsuliyyət daşıyırlar”
Polşa prezidenti Andjey Duda Rusiyada idmana tətbiq edilən sanksiyalar haqda danışıb.
Komanda.az xəbər verir ki, o, yerli atletlər barədə fikir bildirib:
“Əlbəttə, kimsə deyə bilər ki, bu onların günahı deyil. Onların günahı olmaya bilər, lakin idmançılar da buna görə məsuliyyət daşıyırlar. Onların öz ölkələrinə, bayraqlarına, himnlərinə görə məsuliyyəti var. Bu gün Rusiya onlar üçün bir yükdür və onlar bu yükü çiyinlərində hiss etməlidirlər. Daha beynəlxalq yarışlarda iştiraklarını tələb etməli deyillər”.
Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların beynəlxalq yarışlarda və gələn il Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı müzakirələr aparır.
Xatırladaq ki, 2022-ci ilin fevralında FİFA və UEFA Rusiyanın Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.
Bizi Facebook-da izləyin