Mahir Emreli yatıb qaldığı üçün iclasa gecikib
Polşa mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə “Legiya”nın sabiq baş məşqçisi Çeslav Mixneviç arasındakı narazılığın detallarını açıqlayıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Ekstraklasanın 11-ci turunun “Lex”lə matçından (0:1) əvvəl baş məşqçi Mixneviçin keçirdiyi iclasa gecikib.
İddiaya görə, Mahir yatıb qaldığı üçün toplantıya 45 dəqiqə gec qoşulub. Bundan sonra tərəflər arasında münasibətlər korlanıb.
Mixneviç son həftələrdə Mahirlə bağlı səsləndirdiyi fikirlərdə hücumçunu qol vurmadığı üçün tənqid edirdi.
“Legiya” dünən baş məşqçi Mixneviçlə yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin