Premyer Liqa klubunda ağır itki – 3 ay olmayacaq

Polşa millisinin və “Vest Hem”in üzvü Lukas Fabianski sıradan çıxıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turunun “Bornmut”la oyununda (2:2) zədələnən qapıçı, 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Fabianski Polşa millisinin AÇ-2020-nin seçmə mərhələsinin Litva və Şimali Makedoniya ilə oyunlarında iştirak etməyəcək. Polşa yığması oktyabrın 10-da Litva, 13-də isə Şimali Makedoniya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button