Polşa millisi Kannavaroya tapşırılır
Futbol üzrə Polşa millisinin yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, millinin “sükan”ı Fabio Kannavaroya tapşırılacaq. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. 49 yaşlı mütəxəssis Polşa yığmasının “sükanı arxasına” keçməyə razılıq verib. Tərəflər arasında iki illik müqavilə imzalanacaq.
Kannavaro bu postda ötən ilin dekabrında istefa vermiş Paulo Souzanı əvəz edəcək.
Kannavaronun son iş yeri Çinin “Quançjou Everqrand” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin