“Mahir “Legiya”nı əhəmiyyətli dərəcədə gücləndirə bilər”

Polşa milli komandasının sabiq futbolçusu Tomaş Sokolovski “Legiya”nın hücumçusu Mahir Emreli haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Mahirin Varşava təmsilçisini gücləndirə biləcəyini deyib:

“Mahir Emreli özünü yaxşı tərəfdən göstərdi. Mahir “Legiya”nı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Meydanda yaxşı hərəkət edir, yeni gəlməsinə baxmayaraq, komandaya sürətlə uyğunlaşıb. Getdikcə legionerlər daha yaxşı olacaq. Bununla yanaşı, futbolçular arasında əlaqə və bir-birini başa düşmə daha da inkişaf edəcək”.

Mahir “Legiya” ilə ilk rəsmi matçında dubl edib. Azərbaycanlı hücumçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Bude-Qlimt”lə (Norveç) matçında iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button