AÇ-2020: “Bəxtimiz gətirmədi” – Levandovski
Polşa milli komandasının futbolçusu Robert Levandovski AÇ-2020 ilə vidalaşmaları haqda danışıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, turnirdə bəxtlərinin gətirmədiyini deyib:
“Bəxtimiz gətirmədi. Dəyərləndirə bilmədiyimiz çoxlu qol imkanlarımız var idi. Qrupdan çıxmağa layiq idik”.
Polşa yığması AÇ-2020-nin E qrupunu sonuncu bitirib və turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin