Polşa mətbuatı “Qarabağ”ın qapıçısı haqda: “Çox qəribə vəziyyətə düşüb”

Polşa mətbuatı “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin çıxışı haqda yazıb.

Komanda.az “meszyki.pl” portalına istinadən xəbər verir ki, polşalı həmkarlarımız Koxalskinin “Qarabağ”da bəzən ehtiyat skamyada oturmasına da toxunub:

“Mateuş Koxalski çox qəribə vəziyyətə düşüb. “Qarabağ”ın baş məşqçisi qapıçının xidmətindən kifayət qədər təəccüblü şəkildə istifadə edir. Keçən il avqustun ortalarında Koxalski klubunu dəyişdikdən, “Stal”dan “Qarabağ”a keçdikdən sonra indikindən daha çox oyun keçirirdi. Onun komandadakı hazırkı mövqeyi qəribədir. Belə ki, bu il yanvarın sonundan etibarən polşalı qolkiper hər ikinci matçda meydana çıxıb. Azərbaycan komandasının çalışdırıcısı 24 yaşlı futbolçuya həm çempionatda, həm də kubokda ümid bəsləsə də, eyni zamanda, onu müntəzəm olaraq ehtiyat oyunçular skamyasına da göndərir. Koxalski “Qarabağ”a keçdikdən sonra bütün turnirlərdə 21 oyun keçirib. O, səkkiz dəfə qapını toxunulmaz saxlayıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button