Polşa klubunun fanatlarından azərbaycanlı futbolçuya tərif
Polşa çempionatında 29-cu turun LKS (Lodz) – “Lex” oyunu müzakirə edilərkən Lodz təmsilçisinin azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun performansı da xüsusi qeyd edilib.
Komanda.az xəbər verir ki, “Lex”in fanat saytı olan “KKSLECH” Azərbaycan millisinin üzvü barədə belə yazıb:
“Bu ilin mart ayından LKS tamamilə başqa komandaya çevrilib. Lodz təmsilçisi son altı oyunda cəmi bir məğlubiyyətlə üzləşib. Komanda son 6 oyunda 11 xal toplayıb və fevralın 18-dən bəri evdə uduzmayıb. Qışdan sonra Hüseyn Baliç, Rıza Durmisi və Rahil Məmmədov kimi futbolçular komandanın önəmli üzvünə çevrilib. Bu futbolçular qışda transfer edilib”.
LKS – “Lex” matçı aprelin 21-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin