Polşa, İsveç və Çexiya milliləri Rusiyada oynamaqdan imtina etdi
Futbol üzrə Polşa, İsveç və Çexiya milli komandaları 2022-ci il dünya çempionatının pley-off oyunlarını Rusiyada keçirməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə Polşa millisinin mətbuat katibi Yakub Kvyatkovski “sport24.ru”ya açıqlama verib:
“Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatı belədir: Biz sizin ölkənizdə oynamaq istəmirik”. Federasiya rəsmisi pley-off oyunları üçün alternativ variantın seçilməsini istədiklərini bildirib.
Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal matçı martın 24-nə planlaşdırılıb. Cütün qalibi İsveç – Çexiya görüşünün ən güclüsü ilə finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.
Rusiya qoşunları işğal məqsədi ilə dünən Ukraynaya hücuma keçib. Bu isə dünyada böyük etirazlara və narazılığa səbəb olub.
Bizi Facebook-da izləyin