Federasiyadan klublara 25 milyonluq yardım

Polşa Futbol Federasiyası koronavirus pandemiyası səbəbiylə klublara maliyyə yardımı edəcək.

Komanda.az xəbər verir ki, klublara koronavirusa görə maliyyə itkisini minimuma endirmək üçün ümumilikdə 25,62 milyon avro ayrılıb. Bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Federasiya tərəfindən ayrılan məbləğ klublar arasında bölünəcək.

Polşada koronavirus pandemiyasına görə 16 nəfər dünyasını dəyişib.