
Polşa çempionatı “sükuta qərq olacaq”
Bu həftə Polşa çempionatının oyunları Roma Papası Fransiskin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.
Komanda.az “Vatican News”-a istinadən xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb:
“Mərhum Papa Fransiskin xatirəsinə, bu həftə keçiriləcək bütün oyunlar – kişi liqalarında 1, 2-ci və 3-cü divizionlar, qadınlar liqasında 1 və 2-ci divizionlar, eləcə də Polşa qadınlar kubokunun yarımfinal oyunları bir dəqiqəlik sükutla başlayacaq”.
Roma Papası Fransisk aprelin 21-də, 88 yaşında vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



