Polşa – Azərbaycan oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin 6-cı qrupunda Polşa ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, görüşü Estoniya və Latviyadan olan hakimlər idarə edəcəklər.

Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar. Onların işini sloveniyalı hakim-inspektor Silvo Borosak dəyərləndirəcək. Portuqaliyalı Joao Roça isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa – Azərbaycan matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button