
Polşa Avstriyaya məğlub oldu
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Polşa – Avstriya görüşü başa çatıb.
Komanda.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland – Fransa görüşü keçiriləcək.
AÇ-2024
D qrupu
21 iyun
Polşa – Avstriya 1:3
Qollar: Pyontek, 30 – Trauner, 9. Baumqartner, 66. Arnautoviç, 79-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin. “Olimpiya” stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin