
Polşa – Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşdi
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Polşa – Avstriya matçının (1:3) ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalıların heyətində Kristof Baumqartner qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
24 yaşlı yarımmüdafiəçi komandasının oyundakı ikinci qoluna imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin