Polis “Qəbələ”nin cərimə edilməsinə səbəb oldu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
1-ci divizionun 5-ci turunun “Qəbələ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının nümayəndəsi oyunöncəsi iclasa 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunub.
Polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunub.
V turun “Neftçi-2” – “Zaqatala” oyununda top daşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunur (maddə 64.2);
5-ci turun MOİK – “Kəpəz” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
“Kəpəz” klubunun futbolçusu Mahir Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4);
V turun “Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
5-ci turun “Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Oyunda top və xərək daşıyan şəxslər komandaların soyunub-geyinmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunub.
Hakimlər otağında 3 məşqçinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağının təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün “Səbail” klubu 80 manat cərimə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin