Polis gecikdi, “Qarabağ”a cərimə kəsildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Birinci divizionun 2-ci turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında əvəzetmə zamanı “Sumqayıt-2” klubunun protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə olunur.
Birinci divizionun 2-ci turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 2-ci turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” və “Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.
“Səbail-2” klubunun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.
Birinci divizionun 2-ci turunun “Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Qarabağ-2” klubu matçın
protokolunu vaxtında tərtib etmədiyinə görə
klub 80 manat cərimə olunur.
“Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur.
“Qarabağ-2” klubu PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur.
Oyunöncəsi iclasa polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.
Bizi Facebook-da izləyin