Podolski: Bundesliqa? Niyə də olmasın?
2017-ci ildə “Qalatasaray”dan Yaponiyanın “Vissel Kobe” klubuna transfer olunan Lukas Podolski gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Almaniya mətbuatına danışan 33 yaşlı hücumçu, futbolçu karyerasını bitirməmişdən əvvəl Bundesliqada oynamaq istədiyini deyib:
“Niyə də olmasın? Bundesliqada meydan oxumağa hazır olduğumu düşünürəm. Sağlamam və formadayam. Bir neçə il daha futbol oynamaq istəyirəm”.
Yaponiyada xoşbəxt olduğunu bildirən alman futbolçu, bunları deyib:
“Vissel Kobe” ilə daha bir illik müqaviləm var. Buna görə də, yayı da Yaponiyada keçirəcəyimi düşünürəm”.
Podolskinin “Vissel Kobe” klubu ilə müqaviləsi 2020-ci ilin yanvarında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin