“Poçettinoya yazığım gəlir”

PSJ-nin keçmiş futbolçusu Serj Orye komandanın baş məşqçisi Maurisio Poçettino haqda açıqlama verib.

Komanda.az “beiN Sports”a istinadən xəbər verir ki, hazırda “Vilyarreal”da çıxış edən müdafiəçi, Poçettinoya yazığı gəldiyini deyib:

“Ona yazığım gəlir. Mən Poçettino sayəsində çox şey öyrəndim. Onun PSJ-də işlərinin yaxşı getməməsinə görə bir qədər məyusam. Düşünmürəm ki, problem təkcə Poçettinodadır. Məncə, bu, komandanın özüylə bağlıdır.

Poçettino çox gözəl keyfiyyətlərə malikdir. Ümid edirəm ki, o, mövsümün sonuna qədər komandada qalacaq.

Mən Poçettinonu tanıyıram, onun həmişə çox yaxşı oyun planı olur. Axı biz onunla Çempionlar Liqasının finalına çıxmışdıq”.

Orye Poçettinonun rəhbərliyi altında “Tottenhem”lə Çempionlar Liqasının finalında oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button