“Poçettinoya çox minnətdaram ki, mənə şans verdi” – İngilis futbolçu

“Atletiko”nun və İngiltərə millisinin yarımmüdafiəçisi Konor Qallaher texniki ustalığı yetərli olmadığı üçün “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın üslubuna uyğun gəlməməsi ilə bağlı şayiələrə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Şəxsən mən bunun doğru olduğunu düşünmürəm. Düşünürəm ki, ötən mövsüm “Çelsi” ilə yaxşı mövsüm keçirdim və bu, keçmiş baş məşqçi Maurisio Poçettinonun hər oyunda məndən istifadə etdiyini, mənə güvəndiyini göstərirdi. Azarkeşlər isə meydanda etdiklərimi yüksək qiymətləndirdilər. Bütün bunlara görə çox minnətdaram. Azarkeşlərə və Poçettinoya çox minnətdaram ki, mənə şans verdi ki, özümü “Çelsi”də sübut edə bilim. Özümü ən yaxşı şəkildə göstərə bildim”.

İngilis futbolçu bu yay “Çelsi”dən “Atletiko”ya keçib.

Qallaher 2023/24 mövsümündə “Çelsi”nin heyətində bütün yarışlarda 50 matçda iştirak edib, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button