Poçettinonun təyinatı onu həyəcanlandırıb
“Çelsi”nin hücumçusu Rahim Sterlinq Maurisio Poçettinonun “zadəganlar”a baş məşqçi təyin edilməsi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı mütəxəssisin təyinatını eşidəndə həyəcanlandığını bildirib:
“Doğrusu, Poçettinonun “Çelsi”yə təyinatını eşidəndə həyəcanlandım. Ona qarşı oynamağın çətin olduğunu bilirdim. Maurisionun çalışdırdığı komandalara qarşı çox oynamışam”.
28 yaşlı futbolçu 2022/23 mövsümündə London təmsilçisinin heyətində 28 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin