Poçettinodan “Çelsi”nin zədəli futbolçusu haqda açıqlama
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Ris Ceymsin zədəsini sağaltma müddətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis futbolçunun nə vaxt qayıdacağını bilmədiyini deyib:
“Düşünürəm ki, Ceyms mövsümün qalan hissəsində iştirak edəcək. Buna ümid edirəm. Amma mənim prioritetim onun sağlamlığı, onu ən yaxşı vəziyyətinə qaytarmaq və özünü güclü hiss etməsidir. Onun qayıdışının nə vaxt mümkün olacağı haqda dəqiq tarix deyə bilmərəm”.
İngilis müdafiəçi İngiltərə Premyer Liqasının 16-cı turunun “Everton”la oyununda (0:2) əvəzlənib. Tibbi müayinədən sonra futbolçunun bud nahiyəsindən zədə aldığı müəyyən edilib. Ceyms 2023-cü ilin dekabrında əməliyyat olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin