Poçettino Premyer Liqaya qayıdacaq?

“Çelsi”nin və “Tottenhem”in keçmiş baş məşqçisi Maurisio Poçettino Premyer Liqaya qayıda bilər.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “Nyukasl” argentinalı mütəxəssisi “sükan arxasına” dəvət edə bilər. Komandanın hazırkı baş məşqçisi Eddi Hou “Nyukasl”ı tərk edərsə, Poçettinoya təklif göndəriləcək.

Poçettino 2024-cü ilin mayında “Çelsi”dən göndərilib. Komanda onun rəhbərliyi altında 51 oyun keçirib, 27 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 14 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button