
Poçettino Nkunkunun zədəsindən danışdı
“Çelsi” yoldaşlıq görüşü çərçivəsində Dortmund “Borussiya”sı ilə qarşılaşıb (1:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar”ın çalışdırıcısı Maurisio Poçettino həmin matçda zədələnən hücumçu Kristofer Nkunku haqda danışıb:
“Ümid edirəm ki, onun zədəsi ciddi deyil. Nkunku dizində ağrı hiss etdikdən sonra yerə yıxıldı”.
Almaniya klubu növbəti yoldaşlıq görüşü çərçivəsində avqustun 6-da “Ayaks”la, “Çelsi” isə İngiltərə Premyer Liqasının yeni mövsümünün 1-ci turunda “Liverpul”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin