Poçettino keçmiş futbolçusunu istəyir
“Tottenhem”in qapıçısı Uqo Lloris karyerasını Fransada davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, PSJ 34 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paris klubunun baş məşqçisi Maurisio Poçettino keçmiş futbolçusunu komandasında görmək istəyir. “Tottenhem”də çalışarkən Llorislə yaxşı münasibətləri olan Poçettino, onu PSJ-yə cəlb etmək üçün hərəkətə keçib.
2012-ci ildən “Tottenhem”də çıxış edən fransalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin