
Poçettinonun karyerasını davam etdirmək istədiyi çempionat
PSJ-nin argentinalı baş məşqçisi Maurisio Poçettino karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Poçettino İngiltərənin top-klublarından birinə keçmək istədiyini bildirib. Ancaq o, əvvəlcə karyerasında qısa fasilə vermək niyyətindədir.
Poçettino tezliklə PSJ-nin baş məşqçi postunu tərk edəcək.
50 yaşlı məşqçi 2021-ci ilin yanvarından PSJ-yə rəhbərlik edir. O, parislilərlə ölkə çempionluğunu, kuboku və Fransa superkubokunu qazanıb.
Poçettino əvvəllər İngiltərədə “Tottenhem”ə də rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin