Poçettino İngiltərə nəhəngindən təklif gözləyir
“Tottenhem”in və “Çelsi”nin keçmiş baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının daha bir komandasını çalışdırmağa hazırdır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis böyük məmnuniyyətlə “Mançester Yunayted”in baş məşqçisi olmağa razıdır.
MY böyük ehtimalla mövsümün sonunda baş məşqçisi Erik ten Haqla yollarını ayrılacaq. Poçettino tezliklə boş qalacaq posta namizədlərdən biridir.
Bir neçə gün əvvəl Poçettino komandanın gələcəyi ilə bağlı rəhbərliklə razılaşmadığı üçün “Çelsi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Komanda onun rəhbərliyi altında Premyer Liqanı altıncı pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin