“Çelsi”dən ayrılacaq – Poçettinoya görə
“Çelsi”nin hücumçusu Kristian Pulişiç karyerasını “Milan”da davam etdirəcək.
Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, buna səbəb “zadəganlar”ın baş məşqçisi Maurisio Poçettinonun amerikalı futbolçu ilə münasibətinin yaxşı olmamasıdır.
Öncədən “zadəganlar”ın futbolçunu 20 milyon avro müqabilində başqa kluba satmağa hazır olduğu bildirilirdi.
Pulişiç 2022/23 mövsümündə “Çelsi”nin heyətində 24 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin