Poçettino həmyerlisini “Çelsi”də görmək istəyir
“Çelsi” yayda “İnter”in argentinalı hücumçusu Lautaro Martinesi transfer etmək istəyir.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, növbəti mövsümdən “zadəganlar”ı çalışdıracaq Maurisio Poçettino rəhbərliklə həmyerlisinin keçidini reallaşdırmaq üçün müzakirələr aparıb.
“İnter” hazırda maliyyə məsələlərinə görə argentinalının satılmasına müsbət yanaşır. Milan təmsilçisi təxminən 70 milyon funt-sterlinqə (79,8 milyon avro) oyunçu ilə yollarını ayırmağa hazırdır.
Öncədən “Mançester Yunayted”in Lautaro üçün İtaliya klubuna 50 milyon avro və Antoni Marsialı təklif edəcəyi bildirilirdi.
25 yaşlı forvard cari mövsümdə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin