Poçettino: “Çox qəzəbliyik”
PSJ-nin baş məşqçisi Maurisio Poçettino Fransa Liqa 1-in son turunda “Nant”a məğlubiyyəti (1:3) şərh edib.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis klubun saytına açıqlamasında çox qəzəbli olduqlarını bildirib:
“Çox qəzəbliyik və təbii ki, nəticədən çox məyus olduq. Yaxşı oynadıq, müsbət məqamlar oldu. Amma rəqib qapımız qarşısında effektli oynadığı üçün məğlub olduq. Mənim üçün çoxlu müsbət məqamlar var, ancaq “Nant”a uduzanda onları görmək çətin olur. Bizim vəzifəmiz bu gün qarşılaşdığımız problemləri həll etməkdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin