Poçettino: “Bu, mövsümün ən yaxşı oyunlarından biri idi”
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə kubokunun 1/16 finalında “Aston Villa” üzərində qazandığı qələbədən (3:1) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan və komandasının çıxışından çox razı qaldığını bildirib:
“Bu, mövsümün ən yaxşı, bəlkə də, ən yaxşı oyunlarından biri idi. Mən matçdan və futbolçuların futboldan həzz almasından çox razıyam. Bu məni çox sevindirdi. Biz gənc komandayıq və belə şəraitdə sabit olmaq, tarazlıq tapmaq ən çətin şeydir”.
23 oyundan sonra “Çelsi” 31 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (51 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin