Poçettino boynuna aldı: Səhv edib

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində evdə “Ayaks”a 0:1 hesabı ilə məğlub olan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, oyun planının səhv olduğunu etiraf edib:

“Oyuna çox pis başladıq. Bu oyundan razı deyiləm, enerjimiz çox aşağı idi. “Ayaks” isə meydana daha çox enerji qoydu. İkinci hissədə rəqibi sıxışdırdıq və qol epizodu yaratmağa çalışdıq.

Bu komandanın baş məşqçisiyəm və bu nəticəyə görə məsuliyyət daşıyan mənəm. Hazırda başlanğıc planımın səhv olduğunu qəbul edirəm, amma çox seçimimiz yox idi. Fərqli bir seçim etsəydim də, nələr olacağını bilmirik.

Mübarizə bitməyib, sadəcə bu oyunda məğlub olduq. Hollandiyada qalib gələcəyimizə inanmağımız lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button