“Pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq” – “Sumqayıt”ın baş məşqçisi

“Sumqayıt”ın baş məşqçisi Aleksandr Mixaylov klubun mətbuat xidmətinə açıqlamasında komandanın Azərbaycan Basketbol Liqasının cari mövsümünə hazırlığını dəyərləndirib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis komandanın hazırkı durumu və hədəflərindən danışıb:

“Çempionat start götürənə qədər keçirəcəyimiz hazırlıq oyunlarında nəyə qadir olduğumuzu görəcəyik. Komandanın səviyyəsi haqqında hazırda heç nə deyə bilmərəm. Çünki hələ tam heyətlə məşq etmirik. Üç amerikalı oyunçu da sıralarımıza qoşulmalıdır. İndiki məqamda sadə kombinasiyaları və atışları sınaqdan keçiririk. Hələ ki, əlimizin altında olan basketbolçuların fərdi keyfiyyətindən razıyıq. Hədəflərimizə gəlincə, ilk növbədə döyüşkən kollektiv formalaşdırmaq istəyirik. Ondan sonra pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button