
Pley-off matçı Məsiyevə tapşırıldı
Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda “Difai” və “Hypers Guba” komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunu FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimi Rauf Cabarov, AVAR isə Namiq Hüseynov olacaq. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmovdur.
Oyun mayın 28-də “ASCO Arena”da, saat 16:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



