DÇ-2022: Platini gileyləndi
UEFA-nın keçmiş prezidenti Mişel Platini DÇ-2022 barədə danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, UEFA-nın keçmiş rəhbəri Qətərdə keçiriləcək dünya çempionatına getməyəcəyini deyib:
“Bir neçə media qurumundan başqa, heç bir dəvət almamışam. Ora getməyə hazırlaşmıram”.
FİFA-nın keçmiş prezidenti Jozef Blatter mundialın ABŞ-da keçirilməli olduğunu bildirsə də, Mişel Platini Fransanın sabiq prezidentinin xahişi ilə DÇ-2022-nin Qətərdə təşkli üçün səy göstərib.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin