“Planlarımızı həyata keçirmək üçün çox vaxtımız yox idi, amma…”
UEFA Millətlər Liqasının final matçında Hollandiya millisini 1:0 hesabı ilə məğlub edən Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş oyundan sonra açıqlama verib.
Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis, futbolçularının oyununu fantastik adlandırıb:
“Şükürlər olsun ki, hədəfimizi gerçəkləşdirə bildik. Futbolçularımız möhtəşəm idi, öz səviyyəmizə çatdıq. Beş ildir bu komandada ailə kimiyik. Bu kuboku qazana biləcəyimizi bilirdik. Matçdan əvvəl futbolçularıma bunu demişdim, onlar da buna inandılar. Qarşımızda möhtəşəm Hollandiya millisi vardı. Amma biz çox yaxşı oynadıq.
Futbolçuların oyunu fantastik idi. Planlarımızı həyata keçirmək üçün çox vaxtımız yox idi, amma futbolçular mənə inandılar. Bəzən hər şeyi mükəmməl edə bilməzsiz, amma özünüzü bu işə həsr etsəz, qazanarsız”.
Bizi Facebook-da izləyin