Planları suya düşən “Barselona”

“Barselona” UEFA Çempionlar Liqasında qrupdan çıxa bilməsə, ciddi maliyyə itkisi ilə üzləşəcək.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu pley-off mərhələsinə adlamasa, 21 milyon avroluq qazancdan məhrum olacaq.

“Barsa”nın direktorlar şurasının ötən həftə büdcə planlamasında komandanın azı 1/4 finala qədər irəliləməsi və bununla da, 21 milyon avroluq gəlir əldə etməsi nəzərdə tutulmuşdu. Hətta İspaniya La Liqasından və UEFA Avropa Liqasından gələcək mümkün pul mükafatları da bu büdcə kəsirini doldurmağa kömək edə bilməyəcək.

“Barselona” ÇL-də 4 turdan sonra 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerdəki “İnter”dən 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button