ÇL: “Planımız işə yaradı, amma…” – Okan Buruk

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Bayern”ə məğlubiyyəti (1:3) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın ilk hissədə daha yaxşı oynadığını bildirib:

“Bayern” xüsusilə ikinci hissədə daha fəal idi. Biz ilk hissədə daha yaxşı göründük, azarkeşlərimizin dəstəyi ilə oynadıq. Planımız işə yaradı, amma ikinci qola görə bunu demək olmaz”.

“Qalatasaray” A qrupunda 3 oyundan sonra 4 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button