“İndi planetin ən yaxşı komandasındayam” – Kurtua
Belçikalı qapıçı Tibo Kurtua La Liqanın 23-cü turunda baş tutacaq “Real” – “Atletiko” görüşündən öncə danışıb.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, o, “Real”ı planetin ən yaxşı klubu adlandırıb:
“Mən “Atletiko”da üç mövsüm çıxış etdim. Həyatımın ən vacib illəri idi. İndi planetin ən yaxşı komandasındayam. Mən həmişə yalnız və yalnız hər şeyin ən yaxşısını diləyirəm”.
“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 51 xalla ikinci, “Atletiko” isə 41 xalla dördüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin