“Piza” 34 il sonra yenidən A Seriyasında

İtaliya A Seriyasına vəsiqə qazanan ikinci komandanın adı məlum olub.

Komanda.az xəbər verir ki, “Sassuolo”dan sonra “Piza” da elitada çıxış etmək hüququ qazanıb.

Filippo İnzaqinin rəhbərlik etdiyi komanda B Seriyasının 36-cı turunda səfərdə “Bari”yə 0:1 hesabı ilə uduzub. Lakin bu məğlubiyyət “Piza”nın A Seriyasına yüksəlməsinə mane olmayıb. Belə ki, onların ən yaxın izləyicisi “Spetsiya” da bu turda uduzub. Mövsümün bitməsinə iki tur qalmış “Piza” “Spetsiya”nı 9 xal qabaqlayır.

“Piza” sonuncu dəfə 1990/1991 mövsümündə İtaliya A Seriyasında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button